
"Real Madrid" klubunun baş məşqçisi Zinəddin Zidanın oğlu Luka Zidan milli komanda seçimini edib.
Sportnet.az "Sports Finding" nəşrinə istinadən xəbər verir ki, müqavilə ilə "kral klubu"na məxsus olan, hazırda isə icarə əsasında İspaniya "Rasinq"ində çıxış edən Əlcəzair əsilli 22 yaşlı qolkiper bu ölkənin yığmasında oynamağa razılıq verib.
İddiaya görə, millinin baş məşqçisi Camel Belmadi koronavirus pandemiyasına qədər gənc futbolçu ilə görüşüb və onu Əlcəzair vətəndaşlığını qəbul etməyə razı salıb. L.Zidanın payızda yığmanın heyətində dünya çempionatının seçmə mərhələsində oynaya biləcəyi vurğulanıb.
Qeyd edək ki, Luka Zidan Fransanın gənclərdən ibarət yığmalarının formasını geyinsə də, əsas milliyə dəvət almayıb. Bu mövsüm "Rasinq"in heyətində Sequndada 29 oyun keçirən qapıçı 37 qol buraxıb.