“Maradonanı matç başlamamışdan öncə qova bilərdim. Himn səsləndiriləndə qüdrətli şəkildə and içdi”.
Sportnet.az “Tirando Paredes” nəşrinə istinadən xəbər verir ki, bu fikirləri 1090-cı ildəki dünya çempionatının finalını idarə edən hakim Edqardpo Kodelas deyib .
Referi Argentinanın heyətində Pedro Monsonu oyundan kənarlaşdırarkən Maradonanın ona tərəf qaçdığını söyləyib: “Məni oğru adlandırdı və FIFA-nın nəzarətində olduğumu dedi. Onun meydanda necə gözəl işlər gördüyünü, sərt oyun səbəbindən dizinin necə şişdiyini gördüm. Bir oyunçu kimi ən yaxşısı idi, amma bir insan olaraq xoşagəlməz və indiyə qədər qarşılaşdığım ən pis biridir”.
Qeyd edək ki, mundialın finalında Almaniya Argentinanı 1:0 hesabı ilə məğlub edib.