Azərbaycan millisinin futbolçusu Vüsal İsgəndərlinin "Keşlə"dəki taleyinə aydınlıq gəlib.
Sportnet.az xəbər verir ki, bu barədə "Report"a 25 yaşlı yarımmüdafiəçinin özü məlumat verib. O, paytaxt təmsilçisində qalacağını vurğulayıb.
------------------------------------------
"Keşlə" daha bir futbolçusu ilə yollarını ayıra bilər.
Sortnet.az-ın məlumatına görə, Azərbaycan millisinin futbolçusu Vüsal İsgəndərlinin paytaxt təmsilçisindəki durumu qeyri-müəyyəndir.
Klub rəhbərliyi ilə 25 yaşlı yarımmüdafiəçinin ilk görüşü müsbət yekunlaşmayıb. Tərəflər madiyyət məsələsində razılığa gələ bilməyiblər. Halbuki "Keşlə"nin baş məşqçisi Tərlan Əhmədov İsgəndərlini heyətində görmək istəyir.
Yarımmüdafiəçinin klubdakı taleyinə 1-2 gün ərzində aydınlıq gələcək.
Qeyd edək ki, "Keşlə" daha öncə kapitanı Slavik Alxasov, hücumçu Ruslan Qurbanov və müdafiəçi Cabir Əmirli ilə vidalaşıb. Vüsal İsgəndərli 2019/2020 mövsümünün əvvəlindən "Keşlə"də çıxış edir. (Report)