"Mənə Azərbaycan millisinin baş məşqçi vəzifəsi təklif olunmayıb".
Sportnet.az xəbər verir ki, bunu futbolçu karyerasını bitirən Rəşad Sadıqov İTV-nin "Bol idman" verilişində deyib. "Qarabağ"ın sabiq futbolçusu təklifin olunmadığı məsələ barədə danışmayacağını bildirib.
O, getdiyi yerdə futbolçuların inamının özü üçün çox böyük rol oynayacağını vurğulayıb: "Milli komandanın bəzi futbolçularının mənim haqqındakı müsbət fikirlərini oxumuşam. Bunlar məni sevindirir və sevindirməyə də bilməz. Çünki hansısa komandaya rəhbərlik edəndə futbolçuları inandırmaq və onların güvəncini qazanmaq üçün vaxt lazım gəlir. Tutaq ki, mənə "Qalatasaray" və ya "Fənərbağça"dan təklif gəldi. Hiss etsəm ki, orada futbolçular mənə inanmır, getməyəcəyəm. Nə müqavilə, nə böyük pullar, nə CV-mə 5 turluq baş məşqçi olduğumun yazılması xatirinə getməcəyəm".
Sadıqovun fikrincə, millinin yeni baş məşqçisi futbolçuları hazırkı performanslarından bir pillə yuxarı qaldırmağa qadir olmalıdır.