Ekvador millisinin və yerli "Barselona" klubunun sabiq futbolçusu Karlos Luis Morales dünyasını dəyişib.
Sportnet.az "El Comercio" nəşrinə istinadən xəbər verir ki, veteran qapıçı iyunun 22-də 55 yaşında vəfat edib. Ölümün səbəbi açıqlanmayıb.
Morales Quayas əylətinin prefekti idi. İyunun əvvəlində polis tibbi avadanlıqlar və maskaların alınması ilə bağlı rüşvət qalmaqalına görə onu sorğu-sual etmişdi. Keçmiş qolkiper elektron bilərzik taxmaq şərti ilə sərbəst buraxılmışdı. Daha sonra məhkəmə onun ölkəni tərk etməsinə qadağa qoymuşdu.
Qeyd edək ki, Morales peşəkar futbolçu karyerası ərzində (1983-2001) 4 qat Ekvador çempionu "Barselona" ilə yanaşı "İndependyente" (Argentina), LDU, "Emelek", "Espoli", "Santa-Rita" (hamısı Ekvador) və "Palestino" (Çili) komandalarının da formasını geyinib. O, 1987-1999-cu illərdə isə milli komandada çıxış edib.