"Ətrafımda olan çox insan deyirdi ki, Azərbaycan çempionatında 2-3 il oynaya bilərsən".
Sportnet.az xəbər verir ki, bu fikirləri “Report”un “Instagram” səhifəsində canlı yayımda Azərbaycan millisinin və "Qarabağ"ın sabiq kapitanı Rəşad Sadıqov deyib.
Karyerasını başa vuran 38 yaşlı keçmiş müdafiəçi bildirib ki, Azərbaycan Premyer Liqasında oynamaqla bağlı çətinlik çəkməyib. Sadıqovun sözlərinə görə, "Qarabağ" ölkə daxilində və beynəlxalq arenada uğur əldə etmək niyyətindədir.