Niderlandın "ADO Den Haaq" klubundan ayrılan "Qəbələ"nin sabiq futbolçusu Dion Malone yenidən ölkəsindən kənarda çıxış etmək istəyir.
Sportnet.az xəbər verir ki, "Omroepflevoland" nəşrinə açıqlama verən 31 yaşlı müdafiəçi klubun koronavirusla əlaqədar böhrana görə onunla vidalaşdığını bildirib.
Malonenin sözlərinə görə, "ADO Den Haaq"ın vəziyyəti maliyə cəhətdən pisləşib. "Dünyanın çox yerini görmək istəyirəm və xoşbəxtlikdən futbol oynaya bilirəm. Skandinaviya ölkələri, Almaniya, Belçika və Yaxın Şərq seçimlər arasındadır" deyə o əlavə edib.
Qeyd edək ki, Dion Malone 2017/2018 mövsümündə "Qəbələ"də çıxış edib.