“Sumqayıt” Şəhriyar Əliyevin ardından daha bir futbolçusu ilə vidalaşıb. Sportnet.az xəbər verir ki, sözügedən klub Mehdi Şərifi ilə də müqaviləyə xitam verib.
İranlı hücumçunun sumqayıtlılarla daha bir illik müqaviləsi var idi. Lakin o, klub rəhbərliyinə müraciət edərək ayrılmaq istədiyini bildirib. Şərifinin belə qərar qəbul etməsinə Azərbaycan futbolundakı mövcud vəziyyət təsir edib. Məsələ burasındadır ki, milli çempionatda 2019/2020 mövsümü vaxtından əvvəl yekunlaşdırılıb, yeni mövsümlə bağlı isə qeyri-müəyyənlik hökm sürür. Bu üzdən də Şərifi “Sumqayıt”la müqaviləsinin ləğvini istəyib. Klub rəhbərliyi isə ona azad agent statusu verib.
27 yaşlı forvardın yaxın günlərdə İran klublarından biri ilə müqavilə bağlaması gözlənilir (Sport24.az).