İspaniyanın "Barselona" klubu La Liqada növbəti xal itkisi ilə üzləşib.
Sportnet.az-ın məlumatına görə, La Liqanın XXXIII turunda "Atletiko" ilə ev oyunu 2:2 hesablı heç-heçə ilə yekunlaşıb. Toplardan 3-ü penalti, 1-i isə avtoqolla vurulub.
Hesabı 12-ci dəqiqədə "Atletiko"nun hücumçusu Dieqo Kosta açıb. Lakin o, topu öz qapısına göndərib. 19-cu dəqiqədə onun komanda yoldaşı penaltini dəqiq yerinə yetirib - 1:1. 50-ci dəqiqədə "Barsa" Lionel Messinin penalti qolu ilə yenidən önə keçib. Messi karyerasında 700-cü dəfə fərqlənib. Matçda son nöqtəni isə yenə penaltidən Saul qoyub.
Beləliklə, sona 5 tur qalmış "Barselona" 70 xalla 2-ci, "Atletiko" 59 xalla 3-cü pillədə qalıb. İyulun 2-də lider "Real Madrid" evdə "Xetafe"yə qalib gəlsə, ən yaxın izləyicisindən 4 xal aralanacaq.