
İtaliyanın "Latsio" klubunun futbolçusu Patrik Qabbarron 4 oyunluq cəzalanıb.
Sportnet.az xəbər verir ki, buna ispaniyalı müdafiəçinin A Seriyasının XXXI tur matçında "Leççe"nin cinah oyunçusu Culio Donatini dişləməsi səbəb olub. Həmin epizodda baş hakim Fabio Mareska Qabbarrona birbaşa qırmızı vərəqə göstərib.
İntizam Komitəsi isə məsələyə operativ baxaraq, 27 yaşlı futbolçuya diskvalifikasiyadan əlavə, 10 min avro cərimə kəsib. Sonradan o, tutduğu hərəkətə görə üzr istəyib.
Qeyd edək ki, görüş "Leççe"nin qələbəsi ilə yekunlaşıb - 2:1. Hazırda 68 xalla 2-ci yerdə gedən "Latsio" lider "Yuventus"dan 7 xal geridədir. "Leççe" isə 28 xalla 17-cidir.
A lo Luis Suárez ????????
— elambito (@elambito) July 7, 2020
Momento en el que el jugador de la Lazio de Italia, Patric Gabarrón muerde a Donati, jugador del Lecce.
El jugador salió expulsado. pic.twitter.com/JiOMZII0Kp