Azərbaycan millisinin yeni baş məşqçisi Canni De Byazinin köməkçilərindən biri müəyyənləşib.
Sportnet.az-ın İtaliya mətbuatına istinadən məlumatına görə, 64 yaşlı mütəxəssis Albaniya millisindən yaxşı tanıdığı, "Qarabağ"ın sabiq futbolçusu Ansi Aqollini də yığmaya gətirir.
Hazırda ABŞ-ın "Nyu-York Kosmos" klubunda çıxış edən 38 yaşlı müdafiəçinin məşqçilər korpusunda olacağı gözlənilir.
Qeyd edək ki, 2012 - 2019-cu illərdə "Qarabağ"da çıxış etmiş Ansi Aqolli ötən mövsüm ABŞ klubu ilə səviyyəcə dördüncü sayılan Milli Premyer Liqada (NPSL) çempion olub. O, ötən ay komandası ilə başa çatan müqaviləsinin müddətini 1 il uzadıb.
AFFA De Byazi ilə 1,5 illik müqavilə imzalayacaq.