İspaniya La Liqasının XXXVII turunda çempion müəyyənləşib.
Sportnet.az xəbər verir ki, "Real Madrid" klubu "Vilyarreal"a 2:1 hesabı ilə qalib gələrək, tarixində 34-cü dəfə qızıl medallara sahib olub. Paytaxt təmsilçisindən Kərim Benzema 29-cu və dəqiq penalti zərbəsi ilə 77-ci dəqiqədə fərqlənib. Qonaq komandadan isə 83-cü dəqiqədə İborra təsəlli qolunu vurub.
Paralel görüşdə isə "Barselona" evdə "Osasuna"ya eyni hesabla uduzub. Kataloniya təmsilçisinin yeganə topunu 62-ci dəqiqədə Lionel Messi vurub. Qonaq komandadan isə Xose Arnais 16-cı, Roberto Torres 90-cı dəqiqədə fərqlənib. Üstəlik, "Osasuna" 77-ci dəqiqədə Enrik Qalyeqonun qırmızı vərəqə alması səbəbindən oyunu 10 futbolçu ilə başa vurub.
Qeyd edək ki, "Real Madrid" sonuncu dəfə 2016/2017 mövsümündə qalib olub. Ötən mövsümün çempionu "Barselona" bu dəfə ikinci yer tutub. "Real Madrid" 86 xal toplayıb və sona 1 tur qalmış ən yaxın izləyicisini 6 xal qabaqlayır.