UEFA Avropa çempionatları tarixində ən çox oyun keçirən futbolçuları açıqlayıb.
Spotnet.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, siyahıya İtaliyanın "Yuventus" klubunda çıxış edən Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu başçılıq edir. 35 yaşlı forvard 21 dəfə Avropa çempionatı matçında meydanda olub.
Almaniya yığmasının və "Bavariya"nın sabiq yarımmüdafiəçisi Bastian Şvaynştayger 18 matçla ikinci, "Yuventus"un qapıçısı Cianluici Buffon isə 17 qarşılaşma ilə üçüncüdür.
UEFA həmçinin ölkələr üzrə ən çox oyun keçirən futbolçuları də açıqlayıb. "Qəbələ"nin sabiq baş məşqçisi ingiltərəli Toni Adams, "Qarabağ"ın sabiq qapıçısı islandiyalı Hannes Halldorsson və "Bakı" klubunun sabiq hücumçusu latviyalı Maris Verpakovski da siyada yer alıb.
Adams Stiven Cerrard və Alan Şirerlə birgə Avropa çempionatında 9 oyun keçirib. Keçmiş müdafiəçi bu göstəricə əsasən, ölkəsində üçüncü olub.
Halldorsson isə beş dəfə qitə yarışında meydana çıxıb. Onunla birlikdə 11 oyunçu bunu təkrarlaya bilib.
Verpakovski isə 12 həmyerlisi ilə birlikdə ölkəsinin ən çox oyun keçirən futbolçusudur. Forvard həmçinin ölkəsinin Avropa çempionatındakı yeganə qolunun da müəllifidir.