Belarusun BATE klubunun futbolçusu Anton Saroka sərbəst buraxılıb.
Sportnet.az yerli mətbuata istinadən xəbər verir ki, ölkədə prezident seçkilərindən sonra keçirilən etiraz aksiyası zamanı saxlanılan belaruslu hücumçu azadlığa çıxıb.
Daha əvvəl 28 yaşlı oyunçuya 7 sutkalıq inzibati həbs cəzası verilmişdi.
Qeyd edək ki, BATE-yə 2019-cu ilin martında Belçika "Lokeren"indən keçən Saroka bu mövsüm Borisov təmsilçisinin heyətində 5 oyuna çıxıb və 2 qol vurub.