
Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayevin nəvəsi Aysultan İngiltərənin paytaxtı Londonda vəfat edib.
Sportnet.az zakon.kz-yə istinadən xəbər verir ki, 30 yaşlı Aysultan Nazarbayevin ölümünə səbəb ürək tutması olub. Hadisənin təfərrüatları bilinmir.
Qeyd edək ki, daha əvvəl Aysultan Nazarbayevin Böyük Britaniyadan siyasi sığınacaq istəməsi barədə məlumat yayılıb. Gənc futbolçu ailəsinin ona təzyiq göstərdiyini söyləyib.
Aysultan daha əvvəl futbolçu olub. O, müxtəlif vaxtlarda - atası Avstriyada səfir olanda "Admir Vakker" klubunda (2006-cı ildə), sonralar "Çelsi"nin akademiyasında, "Portmunt"un yeniyetmələr komandasında, "Astana"nın əvəzedici həyətində (2011-ci ildə) çıxış edib. 2017-ci ilin fevralından oktyabrınadək Qazaxıstan Futbol Federasiyasının beynəlxaq əlaqələr üzrə vitse-prezidenti olub.