Türkiyə "Fənərbağça"sı heyətinə yeni futbolçu qatıb.
Sportnet.az "TRT Spor"a istinadən xəbər verir ki, İstanbul təmsilçisi "Qalatasaray"ın sabiq futbolçusu Sinan Gümüşü transfer edib.
Türkiyə millisinin üzvü 3+1 illik müqaviləyə imza atıb.
Qeyd edək ki, 2014-2019-cu illərdə "Qalatasaray"ın formasını geyinmiş Sinan Gümüş ötən yay İtaliyanın "Cenoa" klubuna keçsə də, qış fasiləsində "Antalyaspor"a icarəyə verilib.