
İngiltərə milli komandasının sabiq futbolçusu Qaret Barri karyerasını başa vurub.
Sportnet.az-ın məlumatına görə, yarımmüdafiəçi bu addımı 39 yaşında atıb. O, oyun sayında İngiltərə Premyer Liqasının rekordçusu sayılır. Barri 1997 - 2018-ci illərdə 653 çempionat matçına çıxıb.
O, "Aston Villa", "Mançester Siti", "Everton" və "Vest Bromviç" formasını geyinib, "şəhərlilər"in heyətində ölkə çempionu olub.
Barri bu yaxınlarda "Vest Bromviç"lə müqaviləsini pozub.