AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri və İcraiyyə Komitəsinin üzvü Könül Mehtiyeva UEFA-dan təyinat alıb.
Sportnet.az-ın məlumatına görə, Mehtiyeva 21 yaşadək futbolçular arasında Avrop çempionatının seçmə mərhələsinin Rusiya - Bolqarıstan matçında UEFA nümayəndəsi olacaq.
Qeyd edək ki, qarşılaşma sentyabrın 5-də Ximki şəhərində gerçəkləşəcək.