
UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ"la qarşılaşma Norveç "Molde"sinin futbolçusu Erik Hestad üçün komandada son matç ola bilər.
Sportnet.az "Leccezionale" nəşrinə istinadən xəbər verir ki, 25 yaşlı hücumçunun İtaliya təmsilçisi "Leççe"yə keçəcəyi gözlənilir.
Qeyd edək ki, Kiprin Larnada şəhərindəki "AEK Arena"da oynanılacaq "Qarabağ" - "Molde" matçı Bakı vaxtı ilə 21:00-da başlayacaq.