Azərbaycan millisinin futbolçusu Araz Abdullayev "Boluspor"un heyətində Türkiyə I Liqasında debüt edib.
Sportnet.az-ın məlumatına görə, 28 yaşlı yarımmüdafiəçi II turda "Adana Demirspor"a qarşı forma geyinib. O, 70-ci dəqiqədə meydana çıxıb.
Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
Qeyd edək ki, hazırda "Boluspor" 2 oyundan 1 xalla 14-cü pillədə qərarlaşıb. "Adana Demirspor" isə 4 xalla 3-cüdür.