"Bu şəhərdə fərqli mədəniyyətlər mövcuddur. İnsanlar dostcanlı və səmimidirlər".
Sportnet.az-ın məlumatına görə, bu fikirləri "Səbail"in qapıçısı Nikolas Hagen "futbolcentroamerica.com" nəşrinə açıqlamasında Bakıdakı vəziyyəti barədə danışarkən deyib.
Qvatemalalı qolkiper bildirib ki, burada özünü evindəki kimi hiss edir: "Elə davranırlar ki, sanki illərdir bu ailənin üzvüsən. Harada olmağına rəğmən, hamısı çox istiqanlıdır və ilk kömək etməyə çalışırlar".
Qeyd edək ki, 24 yaşlı qapıçı 2020/2021 mövsümün əvvəlində ölkəsinin "Munisipal" klubundan "Səbail"ə keçib.