"Qarabağ"ın sabiq futbolçusu İnnosent Emeqara özünə yeni komanda tapıb.
Sportnet.az-ın məlumatına görə, 31 yaşlı hücumçu İsveçrənin səviyyəcə ikinci sayılan Çelenc liqasındakı "Vintertur" klubu ilə müqavilə bağlayıb. Bununla bağlı şəxsi "Facebook" səhifəsində paylaşım edən Emeqara "Ev kimisi yoxdur. Bunu xaricdə 10 il çıxış etdikdən sonra anladım. Evə döndüyüm üçün xoşbəxtəm" yazıb.
Qeyd edək ki, İnnosent Emeqara "Vintertur"da 2009/2010 mövsümündə, "Qarabağ"da isə 2014/2015 mövsümünün ilk yarısında və 2018/2019 mövsümündə forma geyinib.