UEFA Millətlər Liqasında III turun Ermənistan - Gürcüstan oyununun yeri dəyişdirilib.
Sportnet.az "wtop.com" saytına istinadən xəbər verir ki, oktyabrın 11-də keçiriləcək qarşılaşma bölgədəki vəziyyətlə bağlı Polşada oynanılacaq.
Ermənilər 3 gün sonra isə Estoniyanın qonağı olacaq.
Qeyd edək ki, daha əvvəl UEFA Millətlər Liqasının IV turunda Azərbaycan və Kipr yığmaları arasındakı matçın Albaniyada keçirilməsinə qərar verib. Elbasan şəhər stadionundakı görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.