
“Neftçi” və “Qəbələ” komandaları yoxlama oyununda üz-üzə gəlib.
Sportnet.az xəbər verir ki, “Türk Hava Yolları Futbol Mərkəzi”ndə baş tutan görüşdə heç-heçə qeydə alınıb – 2:2. “Ağ-qaralar”ın qollarını Emin Mahmudov (penaltidən) və Rener Alves De Souza vurub. Saman Nərimancahan isə penaltidən istifadə edə bilməyib.
“Qəbələ”dən isə hər iki qola Ceyms Adeniyi imza atıb.
“Neftçi” bu heyətlə mübarizə aparıb: 30.Aqil Məmədov, 3.Mamadu Mboc (4.Rener Alves De Souza), 6.Voislav Stankoviç, 8.Emin Mahmudov (K) (27.Fərid Yusifli), 10.Saman Nərimancahan (37.Vüsal Əsgərov), 24.Yusuf Laval, 29.Sabir Buqrin (19.Fəhmin Muradbəyli), 36.Mamadu Kane, 45.Əli Mürsəlov, 80.İsmayıl Zülfüqarlı, 91.Tallison Dias.
"Qəvələ"dən isə meydana bu futbolçular daxil olub: Anar Nəzirov, Vinko Medimoreç, Murad Musayev, Yurgen Qoxa, Faiq Hacıyev, Merab Qiqauri, Cavid Hüseynov, Rafael Utziq, Ceyms Adeniyi, Nikolas Raysel, Stefan Vukçeviç.
Qarşılaşmanın gedişində Roman Hüseynov, Ülvi İsgəndərov, Samir Qurbanov və U-19-dan əsas komandanın hazırlıqlarına cəlb edilən Nemət Şıxəmirov meydana daxil olub.
Bir gün öncə “Qəbələ” daha bir yoxlama oyunu keçirib. Paytaxtda baş tutan görüşdə “qırmızı-qaralar” “Sumqayıt”a 1:2 hesabı ilə uduzub.
Qeyd edək ki, “Neftçi” Premyer Liqanın VI turunda “Sabah”la qarşılaşacaq. Oktyabrın 18-də “Bakcell Arena”da keçiriləcək oyun saat 14:00-da start götürəcək.