Futbol üzrə Türkiyə Super Liqasında çıxış edən 4 böyük klubun borcları açıqlanıb.
Sportnet.az "Haberturk"ə istinadən xəbər verir ki, "Fənərbağça"nın 5,2 milyard, "Beşiktaş"ın 3,33 milyard TL, "Qalatasaray"ın 3,30 milyard TL, "Trabzonspor"un isə 1,25 milyard TL borcu var.
2012-ci ildə ümumi borc 2 milyard TL olub, 8 ildən sonra isə artaraq 13 milyard TL-ni keçib. 8 mövsümdə bu klubları borcları 534 faiz artıb.
Bundan əlavə İstanbul nəhənglərinin 3 ay ərzindəki ziyanları da bəlli olub. 1 iyun - 31 avqust tarixlərini əhatə edən hesabatda "Beşiktaş" 40 milyon TL, "Qalatasaray" 39 milyon TL, "Fənərbağça" isə 31 milyon TL ziyana düşüb.