
Avropa çempionatının seçmə mərhələsində üz-üzə gələcək 21 yaşadək futbolçulardan ibarət Gürcüstan və Azərbaycan komandalarının start heyətləri açıqlanıb.
Sportnet.az xəbər verir ki, komandalar meydana aşağıdakı "11-lik"lə çıxacaqlar:
Gürcüstan: 1. Giorgi Mamardaşvili, 3. Şalva Burjanadze, 4. Luka Loçoşvili, 5. Davit Koburi, 6. Beka Dartsmeliya, 8. Davit Samurkasovi (kap.), 9. Nuqzar Spanderaşvili, 11. Giorgi Quliashvili, 14. Giorgi Kutsiya, 18. Luka Silaqadze, 21. Luka Lakvekheliani
Ehtiyat oyunçular: 12. Davit Kereselidze, 7. Anzor Mekvabişvili, 13. İva Gelaşvili, 15. Aleksandre Andronikaşvili, 17. Tornike Dzebniauri, 19. İrakli Azarov, 20. Serqo Kuxianidze, 22. İrakli Zaridze
Baş məşqçi: Vasil Maisuradze
Azərbaycan: 12. Kamran İbrahimov, 5. Nihad Tamazov (k) 6. Rüfət Əhmədov, 7. Süleyman Əhmədov, 8. Səbuhi Abdullazadə, 13 Rauf Hüseynli, 16 Turan Vəlizadə, 18. Barış Əkincier, 19. Doğukan Öksüz, 21. Emre Kaplan, 23. Ozan Can Kökçü
Ehtiyat oyunçular: 22. Nicat Mehbalıyev, 2. Hüseyin Seylığllı, 4. Mert Çelik, 9. Mustafa Yıldırım, 10. Rövlan Muradov, 11. Elvin Cəfərquliyev. 14 İdris İnqilablı, 17. Tural Bayramov, 20. Rüfət Abdullazadə
Qeyd edək ki, Qori şəhərindəki Tengiz Burjanadze adına stadionda keçiriləcək görüş Bakı vaxtı ilə saat 19:00-da başlanacaq. Azərbaycan millisi Milan Obradoviçin ötən tur Slovakiyaya 1:2 hesabı ilə uduzduğu oyunda qırmızı vərəqə alması səbəbindən bugünkü matça baş məşqçisiz çıxacaq.