
AFFA İntizam Komitəsi (İK) "Qarabağ"ın futbolçusu Rahil Məmmədovu bir oyunluq cəzalandırıb.
Sportnet.az-ın məlumatına görə, buna müdafiəçinin VII turda "Zirə" ilə qolsuz başa çatan görüşdə ikinci sarı vərəqəni alaraq meydandan qovulması səbəb olub. Klub isə 200 manat məbləğində cərimə olunub.
İK "Sabah" və "Sumqayıt" klublarına 800 manat məbləğində cəza kəsib. "Sabah"ın 5 oyunçusu "gənclik şəhəri" təmsilçisinə evdə 1:2 hesabı ilə uduzduqları matçda sarı vərəqə görüb. "Sumqayıt"ın isə 4 üzvü həmin qarşılaşmada sarı vərəqə ilə cəzalandırılıb.