
UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu bəlli olub.
Sportnet.az-ın məlumatına görə, bu ada İngiltərənin "Mançester Yunayted" klubunun hücumçusu Markus Reşford layiq görülüb.
23 yaşlı forvard H qrupunun II turunun Almaniya "Leyptsiq"i ilə oyununda (5:0) het-trik edib.
O, azarkeşlərin səsverməsində İspaniya "Atletiko"sunun yarımmüdafiəçisi Joau Feliş, Fransa PSJ-sinin hücumçusu Moyze Kin və İtaliyanın "Atalanta" komandasının forvardı Duvan Sapatanı qabaqlayıb.