
Bakıda təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivədə növbəti yoxlama oyununu keçirib.
Sportnet.az xəbər verir ki, “Səbail”in 19 yaşlı futbolçulardan ibarət komandası ilə qarşılaşma heç-heçə başa çatıb - 1:1.
U-17-nin heyətində türkiyəli futbolçu Ege Bilsel fərqlənib.