Futbol üzrə Azərbaycan Premyer Liqasında VIII turun daha bir oyunu keçirilib.
Sportnet.az-ın məlumatına görə, günün ikinci qarşılaşmasında "Zirə" "Səbail"i qəbul edib. Görüş qolsuz heç-heçə ilə yekunlaşıb. "Qartallar" ardıcıl 3-cü görüşdə qələbə qazana bilməyib.
Bu nəticədən sonra xalını 12-yə çatdıran meydan sahibləri 3-cü sıradakı mövqeyini qoruyub. Bir oyun az keçirən "dənizçilər" isə 6-cı xalını qazanıb. Turnir cədvəlində özü ilə eyni xala malik "Sabah"ı qabaqlayan komanda 7-ci yerə yüksəlib.
Masazır təmsilçisi isə günün ilk oyununda "Qəbələ"yə səfərdə 1:2 hesabı ilə uduzub.
Qeyd edək ki, tura sabah keçiriləcək "Sumqayıt" - "Neftçi" və "Qarabağ" - "Keşlə" oyunları ilə yekun vurulacaq.
-----------------------------------------------------------------------------------
Futbol üzrə Azərbaycan Premyer Liqasında VIII tura start verilib.
Sportnet.az-ın məlumatına görə, II dövrənin açılış oyununda "Qəbələ" və "Sabah" klubları üz-üzə gəliblər. Rəqibini 2:1 hesabı ilə məğlub edən əyalət təmsilçisi 2020/2021 mövsümündə ilk qələbəsini qazanıb. Bu, eyni zamanda qonaqların ardıcıl 5-ci məğlubiyyəti olub.
Komandalar meydana üzərində "Biz Azərbaycan xalqını qürurlu, cəsarətli, yenilməz xalq kimi təsdiqlədik" sözləri yazılmış pankartla çıxıblar. Start fitindən əvvəl ənənəvi olaraq Dövlət Himni səsləndirilib.
Görüşdə ilk qol 31-ci dəqiqədə vurulub. "Qəbələ"nin heyətində Yusif Nəbiyev fərqlənib. 54-cü dəqiqədə Nikolas Raysel komandasının üstünlüyünü 2 topa çatdırıb. 69-cu dəqiqədə Masazır təmsilçisi azlıqda qalıb. Nikola Vuyadinoviç 2-ci sarı vərəqəni görərək, meydandan qovulub. "Sabah"ın hücumçusu Ramil Şeydayevin 79-cu dəqiqədə vurduğu qol isə matçda yekun nəticəni müəyyənləşdirib.
Bu qələbədən sonra xallarını 8-ə çatdıran "Qəbələ" 6-cı pilləyə yüksəlib. 6 xalı olan "Sabah" isə 7-ci sıraya geriləyib.
Günün digər oyununda "Zirə" "Səbail"i qəbul edəcək.
Qeyd edək ki, tura sabah keçiriləcək "Sumqayıt" - "Neftçi" və "Qarabağ" - "Keşlə" oyunları ilə yekun vurulacaq.
------------------------------------------------------------------------------
Bu gün Azərbaycan Premyer Liqasında VIII tura start veriləcək.
Sportnet.az-ın məlumatına görə, ölkə çempionatında 2-ci dövrənin açılış matçı Qəbələdə olacaq. 5 xalla sonuncu pillədə qərarlaşan yerli komanda 4 oyundur qələbə qazana bilməyən "Sabah"ı qəbul edəcək.
7 turdan sonra 6 xalı olan Masazır təmsilçisi 6-cı sırada yer alıb.
İndiyədək çempionatda 8 dəfə üz-üzə gələn komandaların duelinda meydan sahibləri 3, qonaqlar 4 qələbə qazanıblar. 1 görüşdə isə qalib müəyyənləşməyib. Topların nisbəti də Bakı klubunun xeyirinədir - 10:7. "Sabah" son üç oyunda qələbə qazanıb. Bu üç qarşılaşmada 3 və ya daha çox qol vurulub.
Günün son oyununda "Zirə" "Səbail"i qonaq edəcək. Keçirdiyi 7 oyundan 11 xal toplayan "qartallar" 3-cü pillənin sahibidir. Bir oyun az keçirmiş "dənizçilər"in aktivində isə 5 xal var. 7-ci sırada gedən komanda özü ilə eyni xala sahib "Qəbələ"ni yalnız top fərqinə görə üstələyir.
"Zirə" və "Səbail" komandaları bunadək Premyer Liqada 12 dəfə üz-üzə gəliblər. Bu matçların 7-də Rəşad Sadıqovun rəhbərlik etdiyi komanda, 3-də isə Aftandil Hacıyevin baş məşqçi olduğu kollektiv sevinib. 2 oyun isə heç-heçə ilə başa çatıb. Meydan sahiblərinin 17 qoluna qonaqlar 8 topla cavab veriblər. “Zirə” son üç görüşdə qalib gəlib. “Səbail” isə son 5 matçda meydanı qolsuz tərk etməyib.
31 oktyabr (şənbə)
Azərbaycan Premyer Liqası
VIII tur
14:00. “Qəbələ” – “Sabah” - 2:1
Qollar: Yusif Nəbiyev, 31. Nikolas Raysel, 54 - Ramil Şeydayev, 79
Qırmızı vərəqə: Nikola Vuyadinoviç, 69 ("Sabah")
Hakimlər: Vüqar Həsənli, Cəmil Quliyev, Kamran Bayramov, Rəvan Həmzəzadə
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Qəbələ şəhər stadionu.
16:00. “Zirə” –“ Səbail” - 0:0
Hakimlər: Orxan Məmmədov, Qəzənfər Məmmədov, Vüqar Bayramov, Rəhim Həsənov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Asif Əliyev
Zirə İdman Kompleksinin stadionu.
Qeyd edək ki, Azərbaycan Premyer Liqasında VIII tura noyabrın 1-də keçiriləcək "Sumqayıt" - "Neftçi" və "Qarabağ" - "Keşlə" oyunları ilə yekun vurulacaq.