"Səbail"in futbolçusu Rauf Əliyev Azərbaycan çempionatlarında 60-cı qolunu vurub.
Sportnet.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, yubiley IX turun “Sumqayıt”la ev oyununa təsadüf edib. Qonaqların qapısına yol tapan forvard Premyer Liqada keçirdiyi 272-ci matçında 60-cı dəfə fərqlənib. O, yarışın tarixində 60 və ya daha çox qol vuran 29-cu oyunçu olub.
İlk qoluna 2006/2007 mövsümündə “Qarabağ”ın heyətində imza atmış forvard Ağdam klubunda daha çox – 23 top keçirib. Ümumilikdə 7 klubda fərqlənən Əliyev “Keşlə”də 12, “Bakı”da 11, “Səbail”də 6, “Qəbələ”də 4, “Xəzər Lənkəran”da 3, “Neftçi”də 1 qola imza atıb.
Qeyd edək ki, "Sumqayıt"la oyunda "Səbail" 2:1 hesablı qələbə qazanıb.