Bu gün Avropa zonası üzrə bir sıra ölkələrin futbol üzrə milli komandaları yoldaşlıq oyunları keçirib.
Sportnet.az-ın məlumatına görə, ümumilikdə 19 qarşılaşma gerçəkləşib.
Azərbaycan millisi səfərdə Sloveniya ilə qolsuz heş-heçə edib. Komandanın Millətlər Liqasındakı rəqiblərindən Monteneqro Qazaxıstanla eyni nəticəyə razı olub. Lüksemburq isə evdə Avstriyaya 0:3 hesabı ilə uduzub.
Türkiyə yığması İstanbulda Xorvatiyanı qəbul edib. Matç 3:3 qollu bərabərliklə başa çatıb.
Günün mərkəzi görüşü isə Amsterdamda baş tutub. Niderland və İspaniya komandalarının duelində qalib müəyyənləşməyib - 1:1.
Son dünya çempionu Fransa isə doğma meydanda Finlandiyaya uduzub - 0:2.
Yoldaşlıq görüşləri
18:45. Yunanıstan - Kipr - 2:1
19:00. Albaniya - Kosovo - 2:1
21.00. Rumıniya - Belarus - 5:3
21:00. Monteneqro - Qazaxıstan - 0:0
21:00. San Marino - Latviya - 0:3
21.00. Litva - Farer adaları - 2:1
21:00. Malta - Lixtenşteyn - 3:0.
21:30. Bolqarıstan - Cəbəllütariq - 3:0
21:45. Türkiyə - Xorvatiya - 3:3.
22:30. Danimarka - İsveç - 2:0
23:30. Lüksemburq - Avstriya - 0:3.
23:45. Sloveniya - Azərbaycan - 0:0
23:45. Portuqaliya - Andorra - 7:0.
23:45. İtaliya - Estoniya - 4:0.
23:45. Belçika - İsveçrə - 2:1
23:45. Polşa - Ukrayna - 2:0
23:45. Almaniya - Çexiya Respublikası - 1:0.
23:45. Niderland - İspaniya - 1:1
00:10. Fransa - Finlandiya - 0:2