"Sabah" klubunun daha bir futbolçusunda koronavirus aşkarlanb.
Sportnet.az xəbər verir ki, Ulise Diallonun testi müsbət olub. 28 yaşlı malili hücumçu karantinə alınıb.
Daha əvvəl infeksiyaya yoluxan Məhəmməd Mirzəbəyovun testi növbəti dəfə pozitiv çıxıb.
Paytaxt təmsilçisinin digər futbolçuları Nikola Vuyadinoviç, Ozan Can Kökcü və Slavik Alxasov koronavirusdan sağalıblar.