"Keşlə" klubunda növbəti koronavirus testlərinin cavabları açıqlanıb.
Bu barədə Sportnet.az-a paytaxt təmsilçisinin Mətbuat xidmətindən məlumat verilib.
Komandadakı bütün futbolçuların test nəticələri mənfi olub. Son olaraq Miyuşko Boyoviç və Turan Vəlizadə koronavirusdan sağalıblar.
İnfeksiyaya yoluxan baş məşqçisi Yunis Hüseynov isə xəstəxanada müalicəsini davam etdirir.
Qeyd edək ki, "Keşlə" dekabrın 20-də Azərbaycan Premyer Liqasının XII turunda "Səbail"i qəbul edəcək.