
"Qarabağ" klubu Azərbaycan Premyer Liqasının XIII turundan sonra futbolçularını istirahətə buraxıb.
Sportnet.az məlumatına görə, artıq bu gündən etibarən əcnəbi oyunçular ölkəni tərk etməyə başlayacaq.
Komanda 2021-ci il yanvarın 5-də Bakıda "Azərsun Arena"da bir araya gələcək. Legionerlər isə bir-iki gün sonra komandaya qoşulacaq.
Qeyd edək ki, "Qarabağ" XIII turda "Zirə"ni 3:2 hesabı ilə məğlub edib. Premyer Liqada XIV tur yanvarın 21-də olacaq.