
Rusiyanın "Ufa" klubu əslən azərbaycanlı futbolçusu Azər Əliyevlə yollarını ayırıb.
Sportnet.az-ın Başqırdıstan təmsilçisinin rəsmi saytına istinadən məlumatına görə, 26 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Bu mövsüm Əliyev Rusiya Premyer Liqasında 15 oyuna 1 qol vurub. O, "Ufa"ya 2018-ci ildə "Krılya Sovetov"dan keçib.