Niderlandın "Telstar" klubu Azərbaycan millisinin və "Sabah" klubunun futbolçusu Ozan Can Kökçü ilə maraqlanır.
Bu barədə Sportnet.az-a paytaxt təmsilçisinin Mətbuat xidmətinin rəhbəri Elnur Həmidov bildirib. Hazırda danışıqların davam etdiyini deyən Həmidovun sözlərinə görə, razılıq əldə olunacağı təqdirdə, ictimaiyyətə əlavə məlumat veriləcək.
Qeyd edək ki, Ozan Can Kökçünün ailə üzvləri Niderlandda yaşayır. Onun qardaşı Orkun Kökçü "Feyenord" klubunda çıxış edir. Ozan Can Kökçü ötən həftə Niderlandda məhdud çərçivədə özünə toy edib.