"UEFA-nın baş katibinin xüsusi məktubu var. Onlar dfa səbrsizliklə turniri gözləyirlər. 2 gün öncə UEFA bununla bağlı konfrans keçirdi. Mən də orada öz mövqeyimizi dedim. Təəssüf ki, UEFA yekun qərarını apreldə açıqlayacaq".
Sportnet.az-ın məlumatına görə, bunu AFFA-nın icraçı-vitse-prezidenti Elxan Məmmədov deyib. Milli assosiasiya rəsmisi bildirib ki, AVRO-2020-nin təşkil olunacağı 12 şəhərin vəziyyəti tam fərqlidir. Onun fikrincə, hər şəhərə uyğun standart tətbiq olunacaq".
E.Məmmədov Bakının Avropa çempionatının oyunlarına ev sahibliyi etməsi baxımından imkanlarını da dəyərləndirib: "Bəzi Qərb ölkələrində sərt karantin rejimi tətbiq olunur. Bizdə isə müəyyən məhdudiyyətlər yumşaldılıb. Ümid edirəm ki, bundan sonra sərtləşmə olmayaaq. Amma heç kim buna zəmanət verə bilməz. Həftədə bir dəfə ümumi vəziyyəti müzakirə edirik. İnanmıram ki, UEFA formatı dəyişəcək. Təbii ki, kiminsə imitina etməsi istisna deyil. Stadionların 100 faiz azarkeşlərə qayıdışı sual altındadır. Müxtəlif ssenarilər var".
Qeyd edək ki, Avropa çempionatı bu il 11 iyun - 11 iyulda keçirilməlidir.