Niderland millisinin sabiq futbolçusu İbrahim Afellay peşəkar karyerasını bitirməklə bağlı qərar qəbul edib.
Sportnet.az-ın məlumatına görə, bu barədə 35 yaşlı veteran yarımmüdafiəçi "NOS.nl" saytına açıqlamasında deyib.
O, futbolda istədiyi hər şeyə nail ola bilmədiyini söyləyib: "Amma buna sakit yanaşıram. Həmişə bilirsən ki, bu an gec-tez yetişəcək".
Qeyd edək ki, ölkəsinin PSV klubunun yetirməsi olan niderlandlı futbolçu 2010-cu ildə İspaniya "Barselona"sına keçib. Daha sonra Almaniyada "Şalke", Yunanıstanda "Olimpiakos" və İngiltərədə "Stok Siti"nin formasını geyinən Afellay 2007 - 2016-cı illərdə yığmaya çağırılıb.