Sportnet.az-ın məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov evdə "Neftçi"yə 1:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XV turunun matçdan sonra mətbuat konfransında deyib. 49 yaşlı mütəxəssisin sözlərinə görə, bugünkü epizodları bir neçə gün öncə Hakimlər Komitəsi ilə müzakirə ediblər: "Maraqlı senari alındı. Qarşıda oyunlarımız var. Komandanı yaxşı hazırlamalıyıq. Zədəlilərimiz, cəzalı futbolçularımız var". Qurbanov Kevin Medianın qırmızı vərəqə almasına münasibət bildirib: "Bu barədə bu gün düşünsəm, daha ciddi cəza ola bilər. Sabah yenidən izləyəcəyəm. Mütləq cəzalanacaq. Komanda yoldaşlarını pis vəziyyətdə qoydu. Düzdür, futbol kişi oyunudur. Amma özünü idarə etməyi bacarmalısan. Bəzi məğlubiyyətlər komandanın xeyrinə olur". Baş məşqçi heyətin kasadlığı ilə bağlı suala belə cavab verib: "Belə hallar olur. Amma mənim heyətlə bağlı narahatlığım yoxdur. Bacara bilərik. Filip Ozobiç gələn həftədən məşqlərə başlayacaq. Elvin Cəfərquliyev qayıdır. Hər şey normaldır. Yetərincə futbolçum var". Təcrübəli mütəxəssis Maksim Medvedevə müdafiənin solunda şans verməsinə də aydınlıq gətirib: "Futbolda bu cür yerdəyişmələr olur. Qarşıdakı oyunlarda Elvin və Toraldan istifadə edəcəyik".
1 | Qarabağ | 20 | 50 |
2 | Araz-Naxçıvan | 20 | 42 |
3 | Zirə | 20 | 36 |
4 | Turan Tovuz | 20 | 35 |
5 | Sabah | 20 | 28 |
6 | Sumqayıt | 20 | 21 |
7 | Neftçi | 20 | 18 |
8 | Şamaxı | 20 | 17 |
9 | Səbail | 20 | 15 |
10 | Kəpəz | 20 | 14 |
Ətraflı |