"Qarabağ"ın keçmiş futbolçusu Ansi Aqolli bu gün Bakıya gəlib.
Sportnet.az xəbər verir ki, o, səfər zamanı klubu ziyarət edib.
Albaniyalı oyunçu ilə uşaq futbolu ilə bağlı potensial əməkdaşlıq perspektivləri müzakirə olunub.
Aqolli 2010-2019-cu illərdə "Qarabağ"da çıxış edib. 38 yaşlı futbolçu komandamızın heyətində 5 dəfə ölkə çempionu olub, 3 dəfə Azərbaycan kubokunu qazanıb. Albaniyalı müdafiəçi komandamızdan ayrıldıqdan sonra ABŞ-ın "Nyu-York Kosmos" klubuna keçmişdi. O, hazırda Amerikada özünün yaratdığı uşaq futbol akademiyasında faəliyyət göstərir.