"Bizim Problemimiz İrlandiya və ya Portuqaliya yığması ilə deyil, Lüksemburq və Azərbaycan komandalarına qarşıdır".
Sportnet.az-ın məlumatına görə, bunu Yuqoslaviya yığmasının keçmiş baş məşqçisi Milan Jivadinoviç Serbiya millisinin Bakıda Azərbaycana qarşı keçirəcəyi DÇ-2022-nin seçmə oyunundan əvvəl "Alo" nəşrinə müsahibəsində deyib.
77 yaşlı mütəxəssis bildirib ki, Serbiya yığması güclü komandalara qarşı daha motivasiyalı olur: "Güclü yığmalarla görüşdə heç vaxt motivasiya çatışmazlığı olmayıb. İfadəmə görə məni bağışlayın, zəif komandalarla üz-üzə gələndə şalvarımızı batırırıq. 4 xal qazandıqdan sonra hər şeyin yaxşı olduğunu düşünürük. Amma Bakıda işimiz asan olmayacaq".
Qeyd edək ki, Milan Jivadinoviç 1998-1999-cu ildə Yuqoslaviya yığmasına rəhbərlik edib. Serbiyalı baş məşqçi 1950 - 1953-cü illərdə "Srvena Zvezda"nın formasını geyinib, 1992 - 1994-cü illərdə isə bu komandanın baş məşqçisi olub.
Martın 30-da Bakı Olimpiya Stadionunda təşkil olunacaq Azərbaycan - Serbiya qarşılaşması saat 20:00-da başlanacaq.