
Bu gün futbol üzrə 2022-ci il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində III tura start veriləcək.
Sportnet.az xəbər verir ki, turun ilk oyun günündə 4 qrupda 10 qarşılaşma təşkil ediləcək.
Azərbaycan yığmasının Serbiyanı qəbul edəcəyi A qrupunda Portuqaliya Lüksemburqun qonağı olacaq. Bu qrupda yer alan İrlandiya seçməsi yoldaşlıq görüşündə Qətərlə üz-üzə gələcək.
E qrupunda Çexiya Uelslə, Belarus isə Belçika ilə qarşılaşacaq.
G qrupunda maksimum nəticə göstərən Türkiyə millisi Latviyanı sınağa çəkəcək. Niderland Cəbəllütariqın qonağı olacaqsa, Monteneqro Norveçi qəbul edəcək.
DÇ-2022, seçmə mərhələ
III tur
30 mart
A qrupu
20:00. Azərbaycan - Serbiya - 1:2
Qollar: Emin Mahmudov, 59 (pen.) - Aleksandar Mitroviç, 16; 81
22:45. Lüksemburq - Portuqaliya - 1:3
Qollar: Gerson Rodriges, 30 - Dioqu Jota, 45+2. Kriştianu Ronaldu, 51. Joau Palyinya, 80
Qırmızı vərəqə: Maksim Şano, 86 (Lüksemburq)
Yoldaşlıq görüşü
22:45. Qətər - İrlandiya - 0:1
Qollar: Məhəmməd Muntari, 47 - Ceyms Makkleyn, 4
Xal durumu: Portuqaliya - 7, Serbiya - 7, Lüksemburq - 3 (2), İrlandiya - 0 (2), Azərbaycan - 0 (2)
E qrupu
22:45. Uels - Çexiya - 1:0
Qol: Daniel Ceyms, 82
Qırmızı vərəqələr: Konnor Roberts, 77 - Patrik Şik, 49
22:45. Belçika - Belarus - 8:0
Qollar: Mişi Batşuayi, 14. Hans Vanaken, 17; 89. Leandro Trossard, 38; 76. Jeremi Doku, 42. Dennis Prat, 49. Kristian Benteke, 70
Xal durumu: Belçika - 7, Çexiya - 4, Uels - 2 (2), Belarus - 3 (2), Estoniya - 0 (2)
G qrupu
22:45. Cəbəllütariq - Niderland - 0:7
Qollar: Stiven Bergeys, 42. Lük de Yonq, 55. Memfis Depay, 61; 88. Corcinyo Veynaldum, 62. Doniell Malen, 64. Donni van de Bek, 85
22:45. Monteneqro - Norveç - 0:1
Qol: Aleksander Sörlot, 35
22:45. Türkiyə - Latviya - 3:3
Qollar: Kenan Karaman, 2. Hakan Çalhanoğlu, 33. Burak Yılmaz, 52 (pen.) - Robert Savalniek, 35. Robert Uldrikis, 58. David İkaunieks, 79
Xal durumu: Türkiyə - 7, Niderland - 6, Monteneqro - 6, Norveç - 6, Latviya - 1, Cəbəllütariq - 0
H qrupu
20:00. Kipr - Sloveniya - 1:0
Qol: İoannis Pittas, 42
22:45. Slovakiya - Rusiya - 2:1
Qollar: Milan Şkrinyar, 38. Robert Mak, 74 - Mario Fernandes, 71
22:45. Xorvatiya - Malta - 3:0
Qollar: İvan Perişiç, 62. Luka Modriç, 76. Yosip Brekalo, 90
Xal durumu: Xorvatiya - 6, Rusiya - 6, Slovakiya - 5, Kipr - 4, Sloveniya - 3, Malta - 1.