Azərbaycan Premyer Liqasında XXV turun son oyunu keçirilib.
Sportnet.az-ın məlumatına görə, "Kapital Bank Arena"da "Sumqayıt" "Sabah"ı qəbul edib. Baş hakim Kamal Umudlunun idarə etdiyi görüş qonaqların qələbəsi ilə yekunlaşıb - 2:0.
Hesabı 40-cı dəqiqədə Mario Marina açıb. 69-cu dəqiqədə Tiemoko Fofana "Sabah"ın ikinci qolunu vurub. 85-ci dəqiqədə isə Cəmaləddin Xocaniyazov qırmızı vərəqə alaraq, "Sumqayıt"ı azlıqda qoyub.
Beləliklə, "Sabah" xallarını 25-ə yüksəldərək, 5-ci pilləyə qalxıb. "Sumqayıt" isə 33 xalla ötən turla müqayisədə 4-cü yerə enib.
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Neftçi" səfərdə "Keşlə"ni 3:0, "Səbail" evdə "Qəbələ"ni 1:0 hesabı ilə yenib. "Qarabağ" - "Zirə" görüşündə isə qalib müəyyənləşməyib - 1:1.
--------------------------------
Azərbaycan Premyer Liqasında XXV turun daha bir oyunu keçirilib.
Sportnet.az-ın məlumatına görə, çempionluğa iddialı komandalardan "Qarabağ" "Zirə"ni qəbul edib. "Azersun Arena"dakı matç 1:1 hesabı ilə yekunlaşıb.
"Zirə"nin heyətində Fakundo Melivilo 17-ci dəqiqədə hesabı açıb. 2 dəqiqə sonra isə Abdullah Zubir tarazlığı bərpa edib.
Bu nəticədən sonra lider "Qarabağ" xallarının sayını 51-ə çatdırıb və ikinci sıradakı "Neftçi" ilə xal fərqi birə enib. "Zirə" isə 34 xalla üçüncü sıraya yüksəlib.
Qeyd edək ki, turun digər oyunlarında "Neftçi" səfərdə "Keşlə"ni 3:0, "Səbail" isə evdə "Qəbələ"ni 1:0 hesabı ilə məğlub edib.
-----------------------------
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXV tura yekun vurulacaq.
Sportnet.az-ın məlumatına görə, son oyun günündə də 2 qarşılaşma baş tutacaq.
Günün ilk matçında 50 xalla 2-ci pillədə qərarlaşan "Qarabağ" "Azersun Arena"da 33 xalla 4-cü olan "Zirə"ni qəbul edəcək. Ağdam klubunda İmayıl İbrahimli cəza, qonaqlarda isə Sertan Taşkın zədə səbəbindən görüşü buraxacaq. Komandalar arasında bunadək baş tutmuş 22 çempionat oyununda "qartallar" qələbə qazanmayıb. Qarşılaşmaların 16-sı "köhlən atlar"ın xeyrinə, 6-sı isə heç-heçə bitib. Topların fərqində də "Qarabağ"ın aşkar üstünlüyü var - 48:10. Qurban Qurbanovun baş məşqçi olduğu kollektiv son iki görüşdə qalib gəlib.
Turun son oyunu Sumqayıtda keçiriləcək. 33 xalla 3-cü sırada yer alan "gənclik şəhəri" təmsilçisi 22 xalla sonuncu olan "Sabah"la qarşılaşacaq. Qonaqlar bu matçda 5 futbolçusunun xidmətindən istifadə edə bilməyəcək. Təmkin Xəlilzadə, Filip İvanoviç, Bəhlul Mustafazadə son oyunda qırmızı vərəqə aldıqları üçün, Ramil Şeydayev və Coşqun Diniyev isə sarı vərəqə limitini doldurduqlarından meydan sahiblərinə qarşı oynamayacaq. Paytaxt təmsilçisinin məşqçisi Miloş Yevtiç də son oyunda qırmızı vərəqə görüb. "Sumqayıt"da isə Tellur Mütəllimov sarı vərəqə cazalısıdır.
Komandalar indiyədək Premyer Liqada yubiley sayda - 10 dəfə üz-üzə gəliblər. Bunların beşində "Sumqayıt", üçündə "Sabah" qələbə qazanıb. İki qarşılaşma heç-heçə başa çatıb. Topların fərqi də Ayxan Abbasovun baş məşqçi olduğu kollektivin xeyrinədir - 15:10. “Sumqayıt” 8 oyundur meydanı qolsuz tərk etmir. “Sabah” son iki səfərdə qalib gəlib.
Azərbaycan Premyer Liqası
XXV tur
18:00. "Qarabağ" – "Zirə" - 1:1
Qollar: Abdullah Zubir, 19 - Fakundo Melivilo, 17
Hakimlər: Rəşad Əhmədov, Cavanşir Yusifov, Eyyub İbrahimov, Səbuhi Bayramov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
"Azersun Arena".
20:15. “Sumqayıt” –“ Sabah” - 0:2
Qollar: Mario Marina, 40. Tiemoko Fofana, 69
Qırmızı vərəqə: Cəmaləddin Xocaniyazov, 85 ("Sumqayıt")
Hakimlər: Kamal Umudlu, Pərvin Talıbov, Müslüm Əliyev, Elçin Məsiyev
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
"Kapital Bank Arena".
Qeyd edək ki, ilk oyun günündə "Neftçi" səfərdə "Keşlə"ni 3:0, "Səbail" isə evdə "Qəbələ"ni 1:0 hesabı ilə məğlub edib.