
“Qarabağ” və “Neftçi” azarkeşləri Azərbaycan Premyer Liqasının XXVIII turunda iki komanda arasında keçiriləcək oyunla bağlı AFFA və Peşəkar Futbol Liqasına (PFL) müraciət edib.
Sportnet.az-ın məlumatına görə, müraciətdə deyilir:
“PFL-dən xahiş edirik ki, mövsümün həlledici matçında stadiona məhdud sayda azarkeş buraxılması təmin olunsun! PFL rəhbərliyinin mövsümün ən maraqlı matçının azarkeşsiz baş tutmaması üçün əlaqədar qurumlara müraciət etməsi labüddür! Başda AFFA olmaqla, digər aidiyyatı qurumlardan rica edirik ki, "Neftçi" - Qarabağ" matçına azarkeşlər buraxılsın".
Qeyd edək ki, mayın 19-da “Dalğa Arena”da keçiriləcək oyundan əvvəl "Qarabağ" 57 xalla 1-ci, “Neftçi” 56 xalla 2-ci yerdə gedir. Görüş saat 20:30-da başlanacaq.