"Bu oyuna kimi çox uzun və ağır yol keçdik. İrəli çıxmağımıza mane olan çox səbəb var idi. İndi bəlkə də emosiyaların təsiri altındayam. Ona görə də çox şey demək istəmirəm".
Sportnet.az-ın məlumatına görə, bu fikirləri jurnalistlərə açıqlamasında "Qarabağ"ın kapitanı Maksim Medvedev "Neftçi"yə 0:1 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XXVIII tur matçından sonra deyib.
32 yaşlı müdafiəçi çempionluq münasibəti ilə rəqibi təbrik edib: "Ümid edirəm ki, Çempionlar Liqasında Azərbaycanı layiqincə təmsil edəcək və ölkəmizin reytinqini artıracaqlar".
Medvedev qarşılaşmadakı mübahisəli penalti epizodları haqqında isə çox danışmaq istəməyib: "Qarşılaşma gedə-gedə nələrin baş verdiyini deyə bilmərəm. Oyunun təkrarına baxanda bütün camaat görür ki, əslində nələr baş verib".