
UEFA Konfrans Liqasında 2021/2021 mövsümünün I təsnifat mərhələsinin püşkü atılıb.
Sportnet.az-ın məlumatına görə, tədbir İsveçrənin Nyon şəhərində gerçəkləşib.
Püşkatma mərasimindən sonra 33 cüt müəyyənləşib.Azərbaycan təmsilçilərindən "Qarabağ", "Sumqayıt" və "Keşlə" II təsnifat mərhələsindən mübarizəyə başlayacaq. Onların rəqibləri isə iyunun 16-da bəlli olacaq.
Qeyd edək ki, UEFA Konfrans Liqasında I təsnifat mərhələsinin ilk oyunları iyulun 8-də, cavab qarşılaşmaları isə iyulun 15-də olacaq. İkinci raundun görüşləri isə 22-29 iyula təsadüf edəcək.