
Avropa çempionatının A qrupunda Bakı Olimpiya Stadionunda (BOS) Türkiyə millisi ilə qarşılaşacaq Uels yığması oyun öncəsi son məşqinə çıxıb.
Sportnet.az-ın məlumatına görə, baş məşqçi Robert Peycin rəhbərliyi altındakı hazırlıq prosesi Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutub.
Sabah keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq.
Qeyd edək ki, Uels seçməsi iyunun 12-də BOS-da İsveçrə ilə heç-heçə edib - 1:1. Türkiyə isə Romadakı açılış matçında İtaliyaya uduzub - 0:3.