Polşa millisinin və "Poqon Şetsin" klubunun yarımmüdafiəçisi Katsper Kozlovski Avropa çempionatında rekord müəyyənləşdirib.
Sportnet.az-ın məlumatına görə, II turun İspaniya yığması ilə matçında meydana çıxan Kozlovski qitə çempionatları tarixində ən gənc oyunçu olub. O, mötəbər turnirdə 17 yaş 246 günündə debüt edib.
Kozlovski 6 gün əvvəl Xorvatiya ilə görüşdə İngiltərə yığmasının xavbeki Ced Bellingemin müəyyənləşdirdiyi rekordu (17 yaş 349 gün) qırıb.
Qeyd edək ki, İspaniya - Polşa matçında qalib müəyyənləşməyib - 1:1.