Argentina və Braziliya yığmaları arasındakı Amerika Kubokunun final oyunu başa çatıb.
Sportnet.az-ın məlumatına görə, Rio-de-Janeyrodakı "Marakana - Mario Filyo" stadionunda təşkil olunmuş qarşılaşmada Argentinanın qələbə qazanıb - 1:0.
Yeganə qolu 22-ci dəqiqədə Anxel Di Mariya vurub.
Beləliklə, kapitan Lionel Messi Argentina millisində ilk kubokunu qazanıb.
Daha əvvəl Messinin yığmadakı.ən böyük uğuru 2014-cü il dünya çempionatında gümüş medal olub. O, habelə Amerika Kubokunda 3 dəfə (2007, 2015, 2016) gümüş, 1 dəfə (2019) bürünc medala yiyələnib.
Hazırkı Amerika Kubokunda 34 yaşlı hücumçu 7 oyunda 4 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.